Hiroki Narimiya

Hiroki Narimiya

Aktyor

BİOQRAFİYA

Hirosiqe Narimiya, daha çox Hiroki Narimiya kimi tanınan yaponiyalı aktyordur. 14 sentyabr 1982-ci ildə Yaponiyanın Tokio şəhərində anadan olub. Uşaq ikən valideynləri boşanıb. Orta məktəbdə oxuduğu illərdə Hirokinin anası dünyasını dəyişir. O qardaşı ilə birlikdə nənəsinin himayəsində qalır. Anasına aktyorluğa ciddi yanaşacağına söz verən Hiroki məktəbi ataraq aktyorluq karyerasını qurmağa başlayıb. 2000-ci ildə 3000 min gənc aktyor içindən seçilən Hiroki "Horobikaketa Jinrui, Sono Ai no Honshitsu to wa" tamaşasında oynayır. Hokusen filmində Noda rolu sayəsində məşhurlaşıb. Aktyorluq karyerasından savayı Hiroki özünü moda sahəsində də sınayıb. Şəxsi geyim kolleksiyasını yaradıb. 2003-cü ilin payızında model kimi çıxış edib. Onun "Narimiya Cut" ticarət markalı saç düzümü yaponiyalı yeniyetmələr arasında ən son dəb hesab olunub. 2005-ci ildə Crystallized Style Award mükafatı qazanıb. Hiroki xaricdə moda göstərişlərində iştirak etmək üçün çoxsayda dəvət alıb. Bu onun Yaponiyadan kənarda model və aktyor kimi tanınmasına kömək edə bilər.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ansatsukyoshitsu.fandom.com/ru/wiki/Narimiya_Hiroki

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç