Aya Ueto
Aktrisa
Aya Ueto 14 sentyabr 1985–ci ildə Tokioda anadan olub. Pop-müğənni, musiqiçi, model və aktrisadır. Aktrisa kimi ilk dəfə 2000-ci ildə Namida o fuite teleserialında çəkilib. Serialda Yesuke Equti rolunu ifa edib. Digər televiziya seriallarındakı rolları ilə daha da tanınıb. 2004-cü ildə Ace o Nerae televersiyasının manqa-seriyasında tennisçi qız Hiromi Oki obrazını canlandırıb. Ardınca Aya Ueto idman manqları əsasında çəkilən teleseriallarda çəkilməyə davam edir. 2005-ci ildə 11-seriyalı Attack No. 1 volleybol serialında baş rolda çəkilib. Burada Yume no Chikara sinqlını ifa edib. Sinql çartda yeddinci yerə yüksəlir və 85 min nüsxə satılır. 2003-cü ildə kinorejissor Rühey Kitamuranın Azumi filmində baş qəhrəmanı canlandırır. Bu filmdəki roluna görə Ueta Yaponiyanın Kino incəsənəti akademiyasının mükafatına layiq görülüb. Ən yaxşı baş rol ifaçısı nominasiyasında mükafata namizəd olub. 2005-ci ildə Azumi filminin davamı Azumi 2 – Ölüm ya Məhəbbət çəkilib. Ueto bu filmdə də baş rolda çəkilib. 2004-cü ildə rejissor Key Kataokanın yazıçı Risa Vatainin bestselleri əsasında çəkdiyi Install filmində baş qəhrəman obrazını ifa edib. Reklam biznesində işləyən Ueta 30 mln yen gəlir əldə edib. 2004-cü ildə on müxtəlif firmaların siması olan Ueta 45 mln yen qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D1%8D%D1%82%D0%BE,_%D0%90%D1%8F