Mixail Şveytser

Mixail Şveytser

Rejissor, ssenarist

BİOQRAFİYA

Mixail Abramoviç Şveytser 16 fevral 1920-ci ildə Permdə anadan olub. Sovet və rusiyalı kinorejissor və ssenaristdir. 1990-cı ildə SSRİ Xalq artisti adını alıb. 1977-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub. 1989-cu ildə RSFSR Dövlət Mükafatına layiq görülüb. 1999-cu ildə isə Rusiya Federasiyası Prezident Mükafatı laureatı olub. 16 fevral 1920-ci ildə Perm şəhərində anadan olub. 1925-ci ilin baharında ailəsi Moskvaya köçüb. 1943-cü ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. 1941-1942-ci illərdə SOKS rejissorunun assistenti kimi fəaliyyət göstərib. 1943-cü ildən “Mosfilm” studiyasında çalışıb. “217 nömrəli adam” (1944) filminin çəkilişində rejissor Mixail Rommun köməkçisi olub. 1951-1953-cü illərdə sənədli filmlərin və kinooçerklərin (Sverdlovsk studiyasının sifarişi ilə çəkilmiş) rejissoru olub. İlk işlərini Kinematoqrafiya İnstitutunda oxuduğu illərdə tələbə yoldaşları ilə lentə alıb (“Uğur yolu” (1949), “Kortik” (1954). Mixail Şveytser 2 iyun 2000-ci ildə Moskvada vəfat edib. Moskvanın Vostryakovski qəbirstanlığının 39-cu sahəsində dəfn olunub. Həyat yoldaşı ssenarist və kinorejissor Sofya Milkina olub (1922-1997).


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B2%D0%B5%D0%B9%D1%86%D0%B5%D1%80,_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B8%D0%BB_%D0%90%D0%B1%D1%80%D0%B0%D0%BC%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç