Svetlana Starikova

Svetlana Starikova

Aktrisa

BİOQRAFİYA

Svetlana Starikova – sovet kinoaktrisasıdır. 15 dekabr 1944-cü ildə Moskva şəhərində anadan olub. 1966-cı ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Oxuduğu kurs başıbəlalı olub. Belə ki, onu qəbul edən Yuriy Pobedonossev institut rəhbərliyi ilə münaqişəyə girib. O qovulduqdan sonra Svetlananı rejissor Yakov Seqel “qanadları altına alıb”. Yakov Aleksandroviç avtoqəzaya düşəndən sonra, kursu Boris Baboçkinə həvalə ediblər. Boris Andreyeviç həddindən artıq məşğul adam olduğundan, tələbələrinə saatlar əvəzinə dəqiqələr ayırıb. Svetlananın qrupunda Oleq Vidov, Olqa Qobzeva, Aleksandr Yanvaryov və Tamara Sovçi kimi aktyor və aktrisalar oxuyub. Kino çəkilişlərinə təkliflərin gəlməməsindən sonra rəfiqələri Svetlanaya səs aktrisası kimi özünü sınağaı tövsiyə edib. Elə uğuru da bu sahədə qazanıb. Filmlərin dublyajı və səsləndirilməsi  ilə məşğul olub, sonradan səsləndirmə rejissoruna qədər vəzifəcə yüksəlib və tələbə yoldaşlarını da ətrafına toplayıb. Onun səsini yüzlərlə xarici filmin dublyajında, reklamlarda və anonslarda eşitmək olar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/w/sov/4084/bio/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç