Yevgeni Yevstiqneyev

Yevgeni Yevstiqneyev

Aktyor

BİOQRAFİYA

Yevgeni Aleksandroviç Yevstiqneyev Sovet və Rusiya teatr və kino aktyoru, pedaqoqdur. 9 oktyabr 1926-cı ildə Nijni Novqorod şəhərində (Rusiya) anadan olub. Uşaqlığı Volodarski qəsəbəsində keçib. Atası anasından 20 yaş böyük olub. Valideynləri fəhlə idi. Gələcək aktyor altı yaşında olanda atasız qalıb, anası ikinci dəfə ərə getsə də, atalığı onun 17 yaşı olanda vəfat edib. Yeddi sinif bitirib və 1941-ci ildə elektrik mühəndisi işləməyə başlayıb. Atalığının ölümündən sonra dörd il “Krasnaya Etna” zavodunda çilingər işləyib, orada özfəaliyyətlə məşğul olub, caz ifa edib. Musiqiyə böyük həvəsi olub, müxtəlif alətlərdə - gitara, royal və s. virtuoz şəkildə ifa edib, müxtəlif klublarda çıxış edib. 1946-cı ildə M.Qorki adına Teatr Məktəbinin birinci kursuna daxil olub. 1951-ci ildə oranı bitirərək, A.Lunaçarski adına Dram Teatrının truppasına qoşulub. 1954-cü ildə Moskva Bədii Teatr Akademiyası (MBTA) yanında V.İ.Nemiroviç-Dançenkonun studiya-məktəbinə daxil olub. V.Z.Radomıslenski onu birbaşa olaraq ikinci kursa qəbul edib. 1955-ci ilin ortalarında MBTA studiya-məktəbinin tələbələri, o cümlədən Yevgeni Y. “Gənc aktyorlar studiyası”nı yaradıb. Bir ildən sonra “Sovremennik” teatrının bazası həmin truppanın əsasında yaradılıb. 1956-cı ildə MBTA-nı bitirib. Karyerası ərzində 100-dən çox bədii film və seriala çəkilib. “Avtomobildən qorun”, “Qızıl buzov”, “Qoca quldurlar”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, “Görüş yerini dəyişmək olmaz” və sair filmlərdə oynadığı rolları ilə yaddaşlarda qalıb. Son rolu “Yermak” bədii filmində çar İvan Qroznı rolu olub. 4 mart 1992-ci ildə Londonda (Ingiltərə) vəfat edib.

Ətraflı məlumat üçünb aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Yevgeny_Yevstigneyev

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç