Derek Riçardson
Aktyor
Derek Riçardson 18 yanvar 1976-cı ildə Kvinsberi şəhərində anadan olub. Derek Riçardson (kiçik) atası həkim Derek Riçardson, anası Ellen Riçardsondur. Nyu-Hempşirin Holderness şəhər məktəbində oxuyub. Daha sonra Kolorado kollecinə daxil olub (1994-1998). Aktyorluq karyerasının əvvəlində “Qanun və qayda”, “Konfetli yadlar” seriallarında epizodik rollarla başlayıb. 2002-ci ildə Los-Ancelesə köçəndən sonra Cey Cey Abramsın “Felisiti” serialında Keri Rasselin sevgilisi rolunu oynayıb. Bir il sonra “Axmaq, və ondan da axmaq” komediyasının prikveli sayılan “Harri ilə Loyd Görüşəndə” adlı filmdə baş rollardan birini oynayıb. Daha sonralar Lionsgate studiyasının çəkdiyi “Hostel” qorxu filmində mərkəzi obrazlardan birini canlandırıb, çəkiliş meydanını Cey Ernandeslə bölüşüb. Filmdəki roluna görə 2006-cı ildə “Ən yaxşı diksinmə” nominasiyasında “MTV” kinomükafatına namizədlik qazanıb. 2012-ci ildə alman kinoaktrisa Franka Potente ilə ailə qurub. Onlar Doktor Haus serialının epizodlarından birinin çəkilişi zamanı tanış olublar. Cütlüyün iki qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4%D1%81%D0%BE%D0%BD,_%D0%94%D0%B5%D1%80%D0%B5%D0%BA