Tara Fitzgerald

Tara Fitzgerald

Aktrisa, rejissor, prodüser

BİOQRAFİYA

Tara Fitzgerald 18 sentyabr 1967–ci ildə Susseks qraflığının Kakfild şəhərində Mayk Kellabi və Sara Ceraldin Fitzgeraldın ailəsində anadan olub. Üç bacıdan ən böyüyüdür. Anası irland əsilli fotoqraf, atası italyan əsilli rəssamdır. Kinoda debütü 1990-cı ildə “Musiqimi dinləmək” komediyasında olub. 1994-cü ildə “Sirenalar” filmində Hyu Qrant və Sem Nilla tərəf-müqabili olaraq keşiş arvadı Estella Kempion rolundan sonra beynəlxalq səviyyədə tanınıb. Fitzgerald bu rola görə ən yaxşı aktrisa kimi AFI Award mükafatına namizəd olub. 1991-ci ildən Fitzgerald BBC kanalının televiziya tamaşalarında fəal çəkilməyə başlayıb. Ümumilikdə 20-dən artıq film və serialda çəkilib. Paralel şəkildə teatr səhnəsində karyerasını davam edib. Onun ilk böyük rolu Piter О’Tulla tərəf-müqabili olduğu "Our Song" (1992) tamaşasında olub. 1995-ci ildə aktrisa özünü Şekspir dramında sınayaraq Hamlet rolunda çıxış edən Reyf Faynsla birlikdə Ofeliya rolunu ifa edib. Fitzgerald bu rola görə Drama Desk Award teatr mükafatını alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D1%86%D0%B4%D0%B6%D0%B5%D1%80%D0%B0%D0%BB%D1%8C%D0%B4,_%D0%A2%D0%B0%D1%80%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç