Park So-Dam

Park So-Dam

Aktrisa

BİOQRAFİYA

Park So-Dam 8 sentyabr 1991-ci ildə Cənubi Koreyada anadan olub. Orta məktəbdə oxuduğu illərdə Con Travolta və Oliviya Nyuton-Conun iştirakı ilə “Briolin” müziklına tamaşa etdikdən sonra, aktrisa olacağını qət edib. Beləcə məktəbi bitirib Koreya Milli İncəsənət Universitetinə daxil olub. Aktrisalıq karyerasına hələ tələbə olduğu vaxt qədəm qoyub. Belə ki, müstəqil və kiçik-büdcəli filmlərdə epizodik və ya ikinci-dərəcəli rollara çəkilib. Böyük ekranlarda debütünu 2013-cü ildə rejissor Çoy Cin-Sunun “Qızlar” adlı dram trillerində Çji-Yon rolunda gerçəkləşdirib. Filmin beynəlxalq premyerası 18-ci Beynəlxalq Pusan Kinofestivalında baş tutub və böyük əks-səda doğurub. 2015-ci ildə rejissor Li He-Enin “Kenson məktəbi” adlı detektiv trillerində ikinci plan rol alıb. Həmin rol ona “ən yaxşı ikinci plan aktrisa” nominasiyasında “Pusan kinotənqidçiləri” mükafatını qazandırıb. 2019-cu ildə karyerasının ən uğurlu filmlərindən sayılan “Parazitlər” tragikomediyasının beynəlxalq premyerası baş tutub. Film “Qızıl palma budağı” mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15591359751/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç