Ço Yo-Conq

Ço Yo-Conq

Aktrisa

BİOQRAFİYA

Ço Yo-Conq – cənubi koreyalı aktrisa, model və müğənnidir. Ço 10 fevral 1981-ci ildə Seulda anadan olub. Donquk Universitetinin məzunudur. Orada dram sənəti ixtisası üzrə magistr dərəcəsi əldə edib. Karyerasına model olaraq başlayıb. 16 yaşında olanda “CeCi Magazine” jurnalının üz qabığı üçün poz verib. 1999-cu ildə aktrisa qismində debüt edib. Həmin dönəmdə müxtəlif reklam çarxlarına və musiqi kliplərinə çəkilib. 2010-cu ildə Kim De-Vunun “Qulluqçu”  adlı filmində təkəbbürlü qadın obrazını canlandırıb. Film “Çhunhyan” xalq nağılının motivləri əsasında çəkili və prokatlara “R” kateqoriyası altında çıxıb. Açıq seks səhnələrinə görə bir çox aktrisalar filmə çəkilməkdən imtina edib.  2011-ci ildə aktrisa “Romantika axtarışında” kabel serialında rol alıb. Daha sonra “Məşuqə”, “Hədəf”, “Mübtəlalıq”, “Qadın iş başında” kimi filmlərə çəkilib. 2019-cu ildə aktrisa rejissor Pon Cun-Honun “Parazitlər” tragikomediyasında mərkəzi qadın rollarından birini ifa edib. Film 72-ci Kann kinofestivalında “Qızıl palma budağı” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15591449951/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç