Çhve Vu-Şik
Aktyor
Çhve Vu-Şik 26 mart 1990-cı ildə Seulda anadan olub. Ailənin ikinci oğludur. Beşinci sinifdə oxuyanda, ailəsi Kanadaya mühacirət edib. Həyatının növbəti 10 ilini Şimali Amerika ölkəsində keçirib. Payntri orta məktəbini bitirdikdən sonra Saymon Freyzer adına Universitetə qəbul olunub. 2011-ci ildə “Duet” filminin kastinqlərində iştirak etmək məqsədilə doğma vətəninə qayıdıb. Çox keçmədən Çhve “Dost”, “Dərin köklü ağac”, “Xüsusi komanda – 10” və “Çardaqdakı şahzadə” kimi seriallara çəkilib. 2014-cü ildə rejissor Kim The-Enin “Məni burax” adlı dram bədii filmində baş rolu oynayıb və həmin rola görə Pusan Beynəlxalq Kinofestivalında “İlin aktyoru” nominasiyasının qalibi olub. 2016-cı ildə Yon San-Honun “Pusana gedən qatar” dram trillerində ikinci dərəcəli rol oynayıb. Həmin rol onun beynəlxalq miqyasda tanınmasına yol açıb və Koreyanın ən tələb olunan aktyorlarından birinə çevirib. 2019-cu ildə rejissor Pon Cun-Honun “Qızıl palma budaq”lı “Parazitlər” adlı tragikomediyasında baş rollardan birini oynayıb. Elə həmin il “Ov mövsümü”, “İlahi qəzəb”, “Onun adı Rozadır” kimi filmlərin çəkilişində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15591455951/