Sonq Kan-Ho

Sonq Kan-Ho

Aktyor

BİOQRAFİYA

Sonq Kan-Ho – cənubi koreyalı aktyordur. Daha çox “Birləşmiş təhlükəsizlik zonası” (2000), “Cənab Qisasa mərhəmət” (2002), “Qətllə bağlı xatirələr” (2003), “Dinozavr basqını” (2006), “Susuzluq” (2009), “Parazitlər” (2019) filmlərində canlandırdığı obrazlarla yadda qalıb. 17 yanvar 1967-ci ildə anadan olub. Sonq Kan-Ho heç vaxt aktyorluq və ya dram sənəti üzrə təhsil almayıb. Məktəbi bitirdikdən sonra sosial teatr qruplarına qatılıb. İstedadını ortaya qoyan Sonq çox keçmədən Ki Kuk So adlı teatr truppasına qoşulub. Ona müntəzəm olaraq kinostudiyalardan təkliflər gəlsə də, uzun müddət bu təklifləri qulaq ardına vurub. Kinodebütünü yalnız 1996-cı ildə “Donuzun quyuya düşdüyü gün” filmində gerçəkləşdirib. Bir ildən sonra rejissor Hon San Sunun “Pis kino” adlı sənədli dramında səfili oynayıb. Daha sonra “Nömrə 3” (1997) kriminal komediyasında gəncləri kriminal aləmlə tanış edən qanqster rolunu oynamaqla ilk kinomükafatını qazanıb. 2002-ci ildə 20-ci əsrin əvvəlində yaranmış ilk beyzbol komandasından bəhs edən “YMCA Yagudan” idman filmində baş rolu oynayıb. 2003-cü ildə real silsilə qatilin həyat hekayəsi əsasında lentə alınmış “Qətllə bağlı xatirələr” filminə çəkilib. 2013-cü ildə Hollivud ulduzları ilə bərabər rejissor Pon Çjun Ho “Qardələn” (Snowpiercer) post-apokaliptik fantastik trillerinə ikinci plan rol alıb. 2019-cu ildə isə həmin rejissorun "Qızıl palma budağı" mükafatını almış “Parazitlər” filmində baş rollardan birini oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BA%D0%B2%D0%BE%D0%B7%D1%8C_%D1%81%D0%BD%D0%B5%D0%B3

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç