Melissa Metison
Ssenarist, prodüser
Melissa Metison 3 iyun 1950-ci ildə Los-Anceles (Kaliforniya ştatı, ABŞ) anadan olub. Amerikalı ssenarist və prodüserdir. “Yadelli” filminin ssenari müəllifidir. “Oskar” mükafatına namizəd olub. 3 iyun 1950-ci ildə Los-Ancelesdə anadan olub. Berbank şəhərinin orta məktəbini bitirib. 1983-2004-ci illər ərzində məşhur aktyor Harrison Fordla evli olub. Onların Malkolm Ford (1987) və qızı Corciya Ford (1990) dünyaya gəlib. 4 noyabr 2015-ci ildə Los-Ancelesdə 65 yaşında neyroendokrin xərçəngindən dünyasını dəyişib. Onun sonuncu işi Roald Dalyanın “Böyük və mehriban nəhəng” kitabının Stiven Spilberqin eyniadlı filmi üçün adaptasiyası olub. Ölümündən sonra 2016-cı ildə böyük ekranlara çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%8D%D1%82%D0%B8%D1%81%D0%BE%D0%BD,_%D0%9C%D0%B5%D0%BB%D0%B8%D1%81%D1%81%D0%B0