Ondrjey Soukup

Ondrjey Soukup

Bəstəkar

BİOQRAFİYA

Ondrjey Soukup 2 may 1951-ci ildə anadan olub. 1975-ci ildə Praqa Konservatoriyasını bitirib. Caz və estrada kollektivlərinin əksəriyyətində çalışıb. 1980-cı ildən sonra bir çox musiqilər, cizgi filmləri və televiziya proqramları üçün bəstələyib. 1983-cü ildə Soukup “Druhý tah pěšcem” bədii filmində bəstəkar kimi debüt edib. 20-dən artıq filmə musiqi bəstələyib. Onlar arasında Yan Sverakın "Oskar"a layiq görülən “Kolya” filmidir. 1998-ci ildə bəstəkar rejissor Yuray Yakubiskonun “Dünyanın sonu haqqında qeyri-dəqiq xəbər” filmində “Ən yaxşı musiqi” nominasiyasında “Çex şiri” mükafatına sahib olub. İkinci “Çex şiri” mükafatını 2001-ci ildə Yan Sverakın “Tünd mavi dünya” filminə bəstələdiyi musiqiyə görə alıb. Yan Sverakın “Boş qab” filmi və “Şəhər kənarında xəstəxana. Yeni talelər” serialına musiqi bəstələyib. 2015-ci ildə Ondrjey Soukup Rusiyanın bütün dünyada məşhur “Maşa və Ayı” cizgi filminin motivləri əsasında hazırlanan eyniadlı buz şousu üçün musiqi yazıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BE%D1%83%D0%BA%D1%83%D0%BF,_%D0%9E%D0%BD%D0%B4%D1%80%D0%B6%D0%B5%D0%B9

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç