Bred Durif

Bred Durif

Aktyor

BİOQRAFİYA

Bredford Klod Durif 18 mart 1950-ci ildə Hantinqtonda (ABŞ) anadan olub. Müxtəlif səpkili rolların öhtəsindən məharətlə gələn aktyor “Oskar” mükafatına layiq görülən “Üzüklər hökmdarı”, “Ququ quşunun yuvasının üzərindən uçarkən” filmlərdən kiçik büdcəli qorxu filmlərinə kimi çəkilib. Miloş Formanın “Ququ quşunun yuvasının üzərindən uçarkən” filmdəki utancaq və qorxaq pəltək Billi Bibbit rolu Durifa “Oskar” mükafatına namizəd, “BAFTA” və “Qızıl qlobus” mükafatlarının sahibi edib. Aktrisa Fiona Durifin atasıdır. “Üzüklər hökmdarı 3: Kralın qayıdışı” (2003), “Sonuncu xoş sözlər” (2012), "Üzüklər hökmdarı 2: İki qala” (2002) və sair film və  “Cinayəti o yazıb” (1984-1996), “Məxfi materiallar” (1993-2002), “Ay işığı” xəfiyyə agentliyi (1985-1989) və sair məşhur seriallarda çəkilib. "Myst III: Exile" (2001), "Gun" (2005), "Run Like Hell" (2002) oyunlarının personajlarını səsləndirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Дуриф,_Брэд

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç