Yeqor Konçalovski
Rejissor, ssenarist, aktyor, prodüser
Yegor Andreyeviç Konçalovski (əsl adı Georgi Andreyeviç Mixalkovdur) - rusiyalı kinoaktyor, kinorejissor, ssenarist və kinoprodüserdir. 15 yanvar 1966-cı ildə Moskvada anadan olub. Atası, məşhur kinorejissor Andrey Konçalovskinin "Tanqo və Keş” (1989), “Homer və Eddi” (1989), “Yaxın əhatə” (1991) filmlərində rejissor assistenti kimi çalışıb. “PS TVC” ("Partner Studio TVCommercials") reklam studiyasını təsis edib. Televiziya reklamı rejissoru kimi 150 reklam çarxı çəkib. 1994–cü ildə Kembric Universitetində incəsənət tarixi üzrə magistr diplomunu müdafiə edib. İxtisas üzrə sənətşünas olaraq Dürer və Rembrandtın yaradıcılığından bəhrələnib. "Prospect Advertising" reklam agentliyinin bədii rəhbəridir. 1999-cu ildə prodüser İqor Tolstunov “Dustaq” filmini çəkməyə təklif edir. Məhz bu filmdən sonra Yeqorun böyük kinematoqrafiyada yolu başlayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BD%D1%87%D0%B0%D0%BB%D0%BE%D0%B2%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%95%D0%B3%D0%BE%D1%80_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87