Sergey Moxnaçyov

Sergey Moxnaçyov

Ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Sergey Valyeryeviç Moxnaçyov – Comedy Club yumoristik şouproqramın keçmiş rezidenti, aktyor və ssenaristdir. Comedy Club-da Sergey Bessmertnıy səhnə adı ilə çıxış edib. 13 noyabr 1981-ci ildə Udmurtiyanın Mojqa şəhərində anadan olub. Sergey 3 saylı məktəbdə oxuyub, şagird olduğu illərdə dərslərini yaxşı oxuyub. Qanacaqlı uşaq olub, valideynləri onun tərbiyəsinə ciddi nəzarət edib.  Sonradan İjevskə köçüb və İjevsk Dövlət Texniki Universitetinə qəbul olunub. Məzun olduqdan sonra bir müddət texniki sahədə öz ixtisası üzrə işləyib. Ancaq həmişə olduğu kimi aktyor karyerası ilə bağlı xəyallar qurmağa davam edib. “Udmurtiya yığması” Şən və Hazırcavablar Klubu komandasında çıxışı onun ekranlara gəlişində bir tramplin olub. ŞHK-də 3 ilə yaxın iştirak edib. Comedy Club yumoristik şouproqramına isə İjevsk Style komediya klubundan qatılıb. 2006-2010-cu illərdə TNT telekanalında yayımlanan Comedy Club yumoristik şouproqramının rezidenti olub, “Musiqi loyaldır” adlı video-rubrika ilə çıxışlar edib. Sosial şəbəkələrdə aktivdir, demək olar ki, bütün platformalarda hesabları var. Subaydır. Hazırda ssenarist və prodüser kimi fəaliyyət göstərir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://cyclowiki.org/wiki/%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B9_%D0%92%D0%B0%D0%BB%D0%B5%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87_%D0%9C%D0%BE%D1%85%D0%BD%D0%B0%D1%87%D1%91%D0%B2 

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç