Anna Nazarova

Anna Nazarova

Aktrisa

BİOQRAFİYA

Anna Sergeyevna Nazarova 19 noyabr 1984-cü ildə Yaroslavl şəhərində dünyaya göz açıb. Yeniyetməlik illərindən yerli teatr studiyasının dərslərinə gedib. Məktəbi bitirməmiş, Yaroslavl teatrının səhnəsinə çıxıb. 2006-cı ildə Yaroslavl Dövlət Teatr İnstitutunun məzunu olub (A.Kuzinin kursu). 2007-ci ildə böyük ekranlarda - rejissor Dmitriy Astraxanın “Hər şey düzgün şəkildə” adlı dramında epizodik rol alıb. “Xoşbəxtlik haqqı” serialında oynadığı Leli rolu ilə məşhurlaşıb. Sonradan bir çox film və serialların çəkilişlərinə dəvət olunub. Şəxsi həyatına gəlincə aktyor Roman Kursinlə evlidir. Onunla hələ Yaroslavl Dövlət Teatr İnstititunda oxuduğu illərdən münasibətdə olub. 2012-ci ildə onların toyu olub. Elə həmin il cütlüyün oğlu dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B0%D0%B7%D0%B0%D1%80%D0%BE%D0%B2%D0%B0,_%D0%90%D0%BD%D0%BD%D0%B0_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç