Dmitriy Xrustalyov

Dmitriy Xrustalyov

Aktyor

BİOQRAFİYA

Dmitriy Yuryeviç Xrustalyov 20 fevral 1979-cu ildə Leninqrad şəhərində anadan olub. Uşaqlığından bal rəqsləri ilə məşğul olub. Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət Aqrar Universitetinə (Puşkin şəhərində) daxil olub. Tələbə olduğu illərdə ŞHK-lə (KVN) maraqlanmağa başlayıb. Tezliklə Dövlət Aerokosmik Universitetinin iqtisad fakültəsinə keçib və elm və təhsil meneceri ixtisası üzrə ali təhsil alıb. 1998-ci ildən “Sankt-Peterburq yığması” adlı ŞHK komandasında çıxış edib və onun kapitanı olub. Komandanın heyətində 1998-ci ildə Moskva kubokunu başına qaldırıb. 1999-cu ildə Yuxarı Liqanın finalisti olub. 2002-ci ildə Yuxarı Liqanın vitse-çempionluğunu qazanıb. 2003-cü ildə “SSRİ yığması” komandasının heyətində ŞHK Yay Kubokunun qalibi olub. Daha çox Vladimir Putinin parodiyaları ilə şöhrət qazanıb. ŞHK-dən ayrıldıqdan sonra bir neçə il ekranlarda görünməyib. Ancaq 2007-ci ildən sonra TNT telekanalında yayımlanan Comedy Club yumoristik proqramın rezidenti olub və Viktor Vasilyevlə duet şəklində çıxışlar edib. 2008-ci ildən Comedy Woman yumoristik proqramın aparıcısıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%80%D1%83%D1%81%D1%82%D0%B0%D0%BB%D1%91%D0%B2,_%D0%94%D0%BC%D0%B8%D1%82%D1%80%D0%B8%D0%B9_%D0%AE%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç