Kristina Asmus

Kristina Asmus

Aktrisa

BİOQRAFİYA

Kristina İqoryevna Asmus (əsl soyadı – Myasnikova) – rusiyalı teatr və kino aktrisasıdır. Daha çox “İnternlər” komediya serialında oynadığı Varvara Çernous rolu ilə tanınır. Kristina İqoryevna Asmus 14 aprel 1988-ci ildə Moskva kənarında yerləşən Korolyov şəhərində anadan olub. Üç bacısı var: Yekaterina və Olqa Saratovda, kiçik bacısı Karina isə Korolyov şəhərində dünyaya gəlib. Kristina Asmus aktrisa olmazdan əvvəl idmançı olub. İdman gimnastikası ilə məşğul olduğu illərdə, idman ustası dərəcəsi əldə edib. Məktəbdə oxuduğu illərdə ilk dəfə olaraq “MEL” teatrında “A zori zdes tixiye” adlı tamaşada səhnəyə çıxıb. Məzun olduqdan sonra N.Yermakovanın “Madumazel Tarjinin portreti” tamaşasında (Korolyov Gənc Tamaşaçılar Teatrı) rol alıb. Aktrisalığa həvəsi yeniyetməlik illərində “Vəhşi mələk” serialına baxdıqdan sonra yaranıb. O Nataliya Oreyranın yaradıcılığının pərəstişkarına çevrilir. 2005-ci ildə Moskva Bədaye Akademiyasının Studiya məktəbinə daxil olsa da, təhsili başa vura bilməyib. 2008-ci ildə Asmusa Şepkin adına Teatr Peşə Məktəbinə qəbul olunub. Aktrisa ekranlarda debütünü “İnternlər” serialında 2010-cu ildə Vari Çernous rolunda gerçəkləşdirib. Ardınca “Yolkalar”, “Əjdaha sindromu”, “Zoluşka” kimi filmlərdə rol alıb. 2013-cü ildə “Dublyor” filmində baş qadın rolunu oynayıb. 2013-cü ildən aktyor Qarik Xarlamovla evlidir. 2014-cü ildə onların Anastasiya adlı qızları dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%81%D0%BC%D1%83%D1%81,_%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%B8%D0%BD%D0%B0_%D0%98%D0%B3%D0%BE%D1%80%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç