Radner Muratov
Aktyor
Radner Zinyətoviç Muratov – tatar əsilli Sovet teatr və kino aktyorudur. 21 oktyabr 1928-ci ildə Leninqradda (indiki Sankt Peterburq) tatar ailəsində anadan olub. Radner adı – “raduysa novoy ere” – “yeni eraya sevin” mənasında qoyulub. Yaxınları, dostları aktyoru Radik deyə adlandırırdı. Atası Zinnət Muratov Leninqrad Politexnik İnstitutunun məzunu olub. Gəncliyində Muratov şahmat üzrə idman ustasılığına namizəd olub. 1946-cı ildə Kazanda HHQ xüsusi məktəbini bitirib. 1951-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu (VQİK) bitirib. 1951-1988-ci illərdə Dövlət Kinoaktyorlar Teatrında işləyib. “Mücadilə”, “Zaman, irəli!”, “Qızıl buzov”, “12 stul”, “Afonya”, “Yoxa çıxmış ekspedisiya”, “Ola bilməz”, “Əbədi haray” kimi filmlərdə rol alıb. Ən uğurlu rolu Sovet kult kinokomediyası olan “Uğur centlmenləri” filmindəki Vasili Əlibabayeviç rolu sayılır. Televiziya maarifləndirici şahmat proqramında Murad Fərziyev adı ilə çıxış edib. Bir müddət aktrisa İzolda İzvitskaya ilə vətəndaş nikahında olub. Ancaq sonradan yüksəlməkdə olan aktrisa aktyor Eduard Bredunla eşq macərası yaşayaraq Radnerdən ayrılıb. Muratov sonradan kinoaktrisa Yelena Dövlətbekova ilə tanış olub və çox keçmədən münasibətlərini rəsmiləşdirib. Cütlüyün Leonid adlı oğlu var. Lakin bu ailə həyatının ömru uzun çəkməyib. Bir neçə ildən sonra onlar yollarını ayırıb. Bəzi şaiyələrə görə, onların ayrılmasına başlıca səbəb Radnerin mərc oyunlarına aludəçi olması olub. Günlərini və pullarını cıdırlarda sərf edib. Kinodan ayrı düşdükdən sonra tərki-dünya həyat tərzinə qurşanıb, olan-qalan pulunu kitablara xərcləyib. Ömrünün son illərini yoxsulluq içərisində keçirib. Altsheymer xəstəliyindən əziyyət çəkib. 10 dekabr 2004-cü ildə insultdan vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%83%D1%80%D0%B0%D1%82%D0%BE%D0%B2,_%D0%A0%D0%B0%D0%B4%D0%BD%D1%8D%D1%80_%D0%97%D0%B8%D0%BD%D1%8F%D1%82%D0%BE%D0%B2%D0%B8%D1%87