Aleksandr Serıy

Aleksandr Serıy

Rejissor, ssenarist

BİOQRAFİYA

Aleksandr İvanoviç Serıy - sovet mühəndisi, kinorejissoru və ssenaristidir. “Uğur Centlmenləri” kinokomediyasının rejissoru kimi məşhurdur. 27 oktyabr 1927-ci ildə Voronej vilayətində anadan olub. Anası bioloq, atası aqronom işləyib. Moskvaya köçdükdən sonra 1944-1947-ci illərdə Milli Tədqiqatlar Universitetində, ardınca Moskva Aviasiya İnstitutunda oxuyub. 1951-ci ildə MAİ bitirdikdən sonra zavodda mühəndis kimi çalışıb, çox keçmədən Moskva radiomərkəzinin baş mühəndisinə qədər vəzifəcə yüksəlib. 1958-ci ildə “Mosfilm” kinostudiyasının rejissorluq kurslarını bitirib. 1958-ci ildən rejissor köməkçisi, daha sonra “Mosfilm” kinostudiyasının rejissoru olub. Elə həmin il qısqanclıq zəminində bir memarla etdiyi davaya görə 8 il azadlıqdan məhrum edilib. O buzüstü konkisürmə meydançasında tanış olduğu sevgilisini (gələcək həyat yoldaşını) ona qısqanıb. Marina Akopova zərərçəkənin yanına qonaq gəlib və qolundakı saatını çıxararaq bir kənara qoyub. Bir müddətdən sonra mənzilə gələn Aleksandr saatın əlində yox, bir kənarda olduğunu görərək həyat yoldaşının həmin memarla ona xəyanət etdiyini zənn edib və əlinə çəkic alaraq, zərərçəkənin başına zərbə endirib. Sonuncu sağ qalsa da, ömürlük şikəst qalıb. Azdlığa rejissor vaxtından əvvəl çıxıb və çox keçmədən yenidən kinematoqrafiyaya qayıdaraq tammetrajlı filmlər çəkməyə başlayıb. “Sən mənə, mən sənə” (1976) və “Kişiləri qoruyun” (1982) kinofilmlərinin də rejissoru olsa da, onlar “Uğur Centlmenləri” kinokomediyası qədər populyarlıq qazanmayıb. “Uğur Centlmenləri”ndəki həbsxana dialoqları və situasiyaları lentə alarkən  öz məhbusluq təcrübəsindən yaralanıb.  “Uğur Centlmentləri”nin sikvelini çəkmək fikrində olsa da, bu ona nəsib olmayıb. Ona ağır formalı leykemiya diaqnozu qoyulub. Xəstəlik şiddətləndiyindən, vəziyyəti daha da ağırlaşıb. Nəyahət 16 oktyabr 1987-ci ildə 60-cı il dönümünə bir neçə gün qalmış, özünü güllələyərək, həyatına son qoyub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D1%80%D1%8B%D0%B9,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç