Robin Tanni

Robin Tanni

Aktrisa

BİOQRAFİYA

Robin Cessika Tanni 19 iyun 1972 –ci ildə Çikaqoda anadan olub. 18 yaşında Tanni Los-Ancelesə köçür və televiziyada çəkilməyə başlayır. “Qanun və qayda”, “Həyat davam edir” seriallarında həmçinin “Con Fitscerald Kennedi: Ağılsız gənclik” telefilmində Kit Kennedi rolunda çıxış edib. Kinoda ilk uğurlu rolu “İmperiya” dükanı” filmində intihar edən yeniyetmə obrazı olub. Bundan sonra o “Cadugarlıq” filmində baş rola dəvət alır. Nəticədə cadugar qız roluna görə MTV Movie Awards mükafatına layiq görülüb. 1997-ci ildə Bob Hossun “Niaqara, Niaqara” filmindəki roluna görə Tanni ən yaxşı aktrisa kimi Venesiya kinofestivalının mükafatına sahib olub. 1999-cu ildə Arnold Şvartsnegerlə birlikdə “Dünyanın sonu” filmində İblisin sevgilisi rolunda çıxış edib. 2010-cu ildə “Şaqüli hədd” filmində alpinistka rolunda çəkilərək ekşn janrındakı filmdə ən yaxşı aktrisa kimi Blockbuster Entertainment Award mükafatı qazanıb. 2006-cı ildə Tanni “Açıq pəncərə” dramındakı roluna görə Boston kinofestivalının mükafatını qazanır. 2000-ci ildə Tanni Maxim jurnalının rəyinə görə dünyanın ən gözəl yüz qadını siyahısında 59-cu yeri tutub. 1997-2006-cı illərdə Tanni prodüser və rejissor Bob Qossla evli olub. 2012-ci ilin dekabr ayından interyer dizayneri Nikki Marmetlə nişanlıdır. Cütlüyün Oskar Holli Marmet (23.06.2016) adlı övladı dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B0%D0%BD%D0%BD%D0%B8,_%D0%A0%D0%BE%D0%B1%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç