Devid Memet
Ssenarist, rejissor
Devid Alan Memet – amerikalı dramaturq, esseyçi, kinossenarist, kinorejissor, kinoprodüser və kinoaktyordur. 1984-cü ildə “Qlenqarri Qlen Ross” pyesi ilə Pulitzer mükafatçısı olub. Devid Memet 30 noyabr 1947-ci ildə ABŞ-ın Çikaqo şəhərində anadan olub. Atası hüquqşünas, anası məktəb müəlliməsi olub. Hər iki valideyni yəhudidir, əcdadları Rusiya və Polşadan mühacirət edib. Aktrisa Lindsey Krausla evli olub. Birinci nikahdan Vilya və Zosya adlı iki övladı var. Hazırda Rebekka Piconla nikahdadır. Bu izdivacdan Klara və Noy adlı iki uşağı var. Son illər iudaizm fəlsəfəsinə maraq göstərir və bu istiqamətdə bir neçə şer və essey toplusundan ibarət kitabı nəşr olunub. Həmçinin dramaturgiya üzrə nəzəri elmi işlərin müəllifidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%8D%D0%BC%D0%B5%D1%82,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4