Stüart Qordon

Stüart Qordon

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Stüart Qordon - amerikalı rejissor, ssenarist və prodüserdir. Görkəmli fantast yazıçı Lafkraftın böyük pərəstişkarıdır. Onun hekayələri əsasında bir neçə film lentə alıb. Filmlərinin çoxu, sekslə əlaqələli kontekstin qabardılması ilə seçilir və daha çox bu üslubuna görə uğur qazanıb. Stüart Qordon 11 avqust 1947-ci ildə Çikaqo şəhərində anadan olub. Məktəbdə oxuduğu illərdə reklamla məşğul olub və 6 aya yaxın Koka-Kola şüşə qablarının etiketlərinin rəsmlərini çəkib. Viskonsin universitetində aktyorluq peşəsi üzrə təhsil alıb. 1968-ci ildə sonuncu kursda oxuyan vaxt, “Piter Pen” nağılının motivləri əsasında olduqca qalmaqallı pyesi tamaşaya qoyub. Qalmaqal ona görə düşüb ki, süjetə əsasən Piter Pen hippi, Tinker Bell homoseksual olub, Netlandiyaya səyahət isə LSD narkotikinin təsiri altında yaranan hallüsinasiya kimi təqdim edilib. Pyes ona müəyyən mənada uğur qazandırsa da, tezliklə o həbs olunub və universitetdən qovulub. 1996-cı ildə komediya və fantastikanın qarışığı olan “Kosmik yük gəmisi sürücüləri” filmini lentə alıb. Bu Qordonun imzasını daşıyan ən iri büdcəli (30 milyon dollar) film sayılır. Sonradan, Lavkraftın hekayəsi əsasında on beş il ərzində ekranlaşdırmağa çalışdığı “Daqon” filmini lentə alır. 2004-cü ildə “Qarışqalar kralı” filmini çəkib. Ardınca 2006-cı ildə “Edmond” adlı qara komediyanı ərsəyə gətirib. 2005-2007-ci illərdə “Qorxu sənətkarları” adlı kinoserialın yaradılmasında iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D1%80%D0%B4%D0%BE%D0%BD,_%D0%A1%D1%82%D1%8E%D0%B0%D1%80%D1%82

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç