Zdenek Sverák

Zdenek Sverák

Aktyor, ssenarist

BİOQRAFİYA

Zdenek Sverak 28 mart 1936-cu ildə Çexoslovakiyanın Praqa şəhərində anadan olub. Karlov Universitetində pedaqogika ixtisası üzrə təhsil alıb. 1989-cu ildə 39-cu Berlin kinofestivalında münsiflər heyətinin üzvü olub. Oğlu Yan Sverakın rejissoru olduğu “Kolya” və “İbtidai məktəb” filmlərin ssenaristi olub. Zdenek 1985-ci ildə “Mərkəzi kəndim” filmindən sonra beynəlxaq səviyyədə tanınıb. Sverak filmin ssenaristi olmaqla yanaşı ikinci dərəcəli rolu ifa edib. 1987-ci ildə ən yaxşı xarici film kimi “Oskar” mükafatına namizəd olub. “İbtidai məktəb” filminə görə 1992-ci ildə ikinci dəfə “Oskar” mükafatına namizəd olub. Film müharibədən sonrakı dövrdə balaca şəhərcik məktəbindən bəhs edir. Zdenek Sverak filmdə baş rollardan birini ifa edib.1997-ci ildə onun ssenaristi olduğu “Kolya” filmi ən yaxşı xarici film kimi “Oskar” mükafatına layiq görülür, BAFTA mükafatına namizəd olub. Filmdə hadisələr 1989-cu ildə Şərqi Avropada kommunist rejiminin dağılması fonunda baş verir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B2%D0%B5%D1%80%D0%B0%D0%BA,_%D0%97%D0%B4%D0%B5%D0%BD%D0%B5%D0%BA

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç