Enn Daud

Enn Daud

Aktrisa

BİOQRAFİYA

Enn Daud – amerikalı aktrisadır. Karyerası ərzində 60-dan çox kinofilm və seriala çəkilsə də, onun ən uğurlu rolu “İtaətkarlıq” eksperimenti trillerində (2012) oynadığı baş rol sayılır. Həmin rol ona ABŞ milli kinotənqidçiləri şurasının mükafatını və bir sıra digər mükafatları qazandırıb. Eyni zamanda ən yaxşı ikinci plan aktrisası nominasiyasında “Müstəqil ruh” mükafatına namizəd olub. Həmin il “Oskar” namizədlərindən olsa da, şortlistə (qısa siyahı) düşə bilməyib. Enn Daud 30 yanvar 1956-cı ildə ABŞ-ın Massaçusets ştatının Holioke şəhərində anadan olub. Çikaqonun De Pol Universitetini bitirib və incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. Karyerasının əvvəlində teatr tamaşalarında iştirak edib, doxsanların əvvələrində ilk dəfə Brodvey səhnəsinə ayaq basıb. Ardınca “Yaşayış icazəsi”, “Filadelfiya”, “Mançuriyalı namizəd” kimi populyar filmlərdə ikinci plan rollar oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D1%83%D0%B4,_%D0%AD%D0%BD%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç