Drima Uoker
Aktrisa
Drima Uoker (ing. Dreama Walker) – amerikalı aktrisadır. “Qeybətçi”, “Yaxşı arvad”, “23 nömrəli mənzildəki qancığa inanma” kimi seriallarda oynadığı rollarla tanınır. Drima Uoker 20 iyun 1986-cı ildə Florida ştatının Tampa şəhərində anadan olub. 2004-cü ildə Tampa orta məktəbini bitirib və Nyu-York şəhərinə köçüb. Orada televiziya aktrisası kimi karyerasına başlayıb. Debütünü 2006-cı ildə “Qanun və qayda” teleserialında gerçəkləşdirib. 2008-ci ildə “Qran Torino” filmində Klint İstvudun qəhrəmanının nəvəsi rolunu oynayıb. Sonradan “Qeybətçi” və “Yaxşı arvad” kimi seriallarda rollar alıb. 2011-ci ildə karyerasında ilk dəfə olaraq “23 nömrəli mənzildəki qancığa inanma” adlı teleserialında baş rolu oynayıb. Serial tənqidçilərin və tamaşaçıların rəğbətini qazanıb. Teledramın premyerası 11 aprel 2012-ci ildə ABC telekanalında baş tutub. Şəxsi həyatına gəlincə 2015-ci ildə Uoker Kristofer Makmehonla ailə qurub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BA%D0%B5%D1%80,_%D0%94%D1%80%D0%B8%D0%BC%D0%B0