Co Esterhas

Co Esterhas

Ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Yojef A. “Co” Esterhas (ing. Jozsef A. "Joe" Eszterhas) – macar əsilli amerikalı ssenarist və prodüserdir. Nüfuzlu Esterhazi zadəgan sülaləsinin nəslindəndir. Onun yaratdığı 16 film ümumilikdə dünya kinoteatrlarında 1 milyard dollara yaxın gəlir götürüb. Həmçinin bir sıra elmi-populyar və avtobioqrafik kitabların müəllifidir. “Hollivudun heyvanları” adlı kitabı ilə böyük uğura imza atıb. Co Esterhaz 23 noyabr 1944-cü ildə Macarısanın qərbində yerləşən Çakandoroslo adlı kiçik kənddə anadan olub. Atası qraf İştvan Esterhazi olub. Esterhas Avstriyada qaçqınlar üçün nəzərdə tutulmuş düşərgədə böyüyüb. Sonradan ailəsi Nyu-Yorka köçüb. Orada mühacirlərin kompakt yaşadığı Klivlenddə yoxsul məhəlləyə məskunlaşıblar. Yeniyetməliyinin böyük hissəsini elə Klivlenddə keçirib. 45 yaşında olanda atasının Macarıstan nasist hökuməti ilə əməkdaşlıq etdiyini və kitabların yandırılması mərasimi və antisemit təbliğatının təşkilatçılarından olduğunu öyrənib. Həmin “kəşf”dən sonra atasını həyatından silib və ölənə qədər onunla danışmayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D1%81%D1%82%D0%B5%D1%80%D1%85%D0%B0%D0%B7,_%D0%94%D0%B6%D0%BE

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç