Rocer Nill
Bəstəkar
Rocer Nill 26 dekabr 1963-cü ildə San-Diyeqo şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Bəstəkarın kinematoqrafda debütü 1990-cı ildə Ceyms Slomakın “Amerikanın yayı” filmində baş tutub. Rocerin karyerasında böyük layihələr 1997-1999–cu illəri əhatə edir. O zaman “Dağın padşahı” serialında çalışıb. Onun kompozisiyaları 116 epizodda səslənib. “Hülya adası” şousunun yaradıcılarındandır. Ed Stounun "Qriffin və Feniks: Xoşbəxtliyin son addımında" (2006), Ced Veyntrobun "Çapıq 3D" (2007), Mayk Millsın "Yeni başlayanlar" (2010), Roman Koppolanın "Üçüncü Çarli Svonun Ağlasığmaz Fantaziyaları " (2012) filmlərinin bəstəkarı olub. 2014-2016-cı illərdə İleyn Konstantinin “Doqquz öpüş” (2014), Mayk Millsın "ХХ əsrin qadınları" filmlərinə və "Mosart cəngəllikdə" serialının 20 epizodu üçün musiqi bəstələyib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/neill-roger-462.phtml