Roman Koppola

Roman Koppola

Rejissor, ssenarist, prodüser, aktyor, operator

BİOQRAFİYA

Roman Fransua Koppola 22 aprel 1965-ci ildə anadan olub. 2012-ci ildə “Ay hökmdarlığı” filminin orijinal ssenarisinə görə “Oskar” mükafatına namizəd olub. “Xaç atası” filmində dəfn səhnəsində Tom Heqenin oğlunu oynayıb. “Xaç atası 2” filmində Santino Korleonenin uşaqlığını oynayıb. 1992-ci ildə atasının “Drakula” filminin vizual effektlərinə rəhbərlik edib. Koppolanın tammetrajlı debütü Agent “İynəcə” filmi Kann kinofestivalında nümayiş olunub. “The Directors Bureau” prodüser şirkətini təsis edib. Koppola Daft Punk, Mobi, The Presidents of the United States of America, Ween, Green Day və Fatboy Slim kimi artistlər üçün musiqi klipləri çəkib. Onun Phoenix üçün çəkdiyi “Funky Squaredance” klipi Nyu-York müasir incəsənət muzeyinin kolleksiyasına daxil edilib. Koppola bacısı Sofiya Koppola birlikdə “American Zoetrope” şirkətinin təsisçisidir. Kino sahəsinin müxtəlif sahələrində, xüsusilə “Drakula”, “Cek”,  “Havadar”, “Gəncliksiz cavanlıq”, “Tetro”, “Stiv Zissunun su həyatı”, “Darcilinqa qatar”, Sofiya Koppolanın “İntiharçı-bakirələr”, “Mariya-Antuanetta” filmlərində ikinci rejissor kimi çalışıb. 2013-cü ildə Çarli Şinin, Bill Mürreyin, Ceyson Şvartsmanın baş rolda iştirakı ilə “Üçüncü Çarlı Svonun Ağlasığmaz Fantaziyaları” filminin rejissoru, ssenaristi və prodüseri olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BF%D0%BF%D0%BE%D0%BB%D0%B0,_%D0%A0%D0%BE%D0%BC%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç