Jan-Pol Belmondo
Aktyor, prodüser
Jan-Pol Belmondo (9 aprel 1933) — fransız kinoaktyoru, fransız kinosunda "yeni dalğa"nın manifesti hesab olunan "Son nəfəsdə" filmindəki Mişel Puakkar rolu ilə şöhrət qazanıb (1960). İlk filmlərində üsyankar gənc obrazı yaradaraq gənclər arasında böyük populyarlıq qazanan aktyor, sonrakı dövrlərdə komediyalarda və döyüş filmlərində kəskin xarakterli rolları canlandırıb. Ən yaxşı kişi roluna görə "Sezar" mükafatı laureatı (1989), Fəxri Legion ordeninin komandorudur. Parisin qərbində Neuilly-sur-Seinedə dünyaya gəlib. Sicilya əsilli atası Paul Belmondo tanınmış heykəltaraş olub. Amma Jean-Paul məktəb illərində incəsənətdən çox futbol və boksa maraq göstərib. İyirmi yaşında ikən aktyor olmaq qərarına gəlib. Paris konservatoriyasında təhsil alan (Conservatoire National Superieur d'Art Dramatique (CNSAD)) aktyor teatr tamaşalarında kiçik rollarda oynayıb. 1957-ci ildə kinoda “Molyer” filmindəki rolu ilə debüt edib. Belmando Sofi Lorenlə birlikdə Vittorio De Sikanın “Çoçara” filminə çəkilir. Bu film “Oskar” mükafatına layiq görülüb. “Qadın elə qadındır” (1961), “Oğru” (1967), “Missisipidən” Serena” (1969), “Doktor Popol” (1972), “Staviski” (1974) filmlərindəki rolları ilə məşhurdur. 2011–ci ildə Kann Festivalının şərəfli qızıl palma budağı mükafatına layiq görülüb. 2015-ci ildə Belmondo kinokayerasına son qoyduğunu elan edib. 2016-cı ildə Dünya kinomatoqrafına verdiyi töhfəyə görə “Qızıl şir” mükafatına sahib olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BB%D1%8C%D0%BC%D0%BE%D0%BD%D0%B4%D0%BE,_%D0%96%D0%B0%D0%BD-%D0%9F%D0%BE%D0%BB%D1%8C