Anna Karina
Aktrisa, ssenarist, rejissor, bəstəkar, prodüser
Anna Karina 22 sentyabr 1940-cı ildə Solbcerqdə (Danimarka) anadan olub. Danimarka və Fransanın teatr, kino aktrisası və kinorejissordur. Anna Karina Solbcerqdə kapitan ailəsində anadan olub. Valideynləri ayrılandan sonra nənəsinin, 8 yaşından isə anasının yanında qalıb. 14 yaşında o, kabare müğənnisi kimi fəaliyyətə başlamış, radio verilişlərində çıxışlar edir və qısametrajlı filmlərdə çəkilir. Onun kinoda ilk əhəmiyyətli rolu "Başmaqlı qız" filmində olub. Bu film Kann kinofestivalında təqdim olunub. 1958-ci ildə o Parisə köçür. Orada Pyer Karden və Koko Şanelin məsləhəti ilə Anna Karina təxəllüsünü götürür. 1959-cu ildə rejissor Jan-Lük Qodar reklam rolikinin çəkilişlərində iştirak edən Karinanı görür və onu öz filminə dəvət edir. 1961-ci ildə aktrisa onun "Qadın elə qadındır" filmində çəkilir. 3 mart 1961-ci ildə o Qodarla ailə həyatı qurur və bu nikah 1967-ci ilə qədər davam edir. Eyni zamanda o, Lukino Viskonti, Rayner Fassbinder, Marta Mesaroş kimi rejissorların da filmlərində çəkilib. 1973-cü ildə rejissor kimi "Birgə yaşamaq" filmini çəkir. Lakin bu film tamaşaçılar arasında uğur qazanmır. Qodarla boşanandan sonra Anna Karina həm də teatr aktrisası kimi şöhrət qazanır. O Deni Didronun "Rahibə" əsərinin tamaşasında baş rolu ifa edirdi. Sonralar Jak Rivettin eyniadlı filmində (ikinci adı "Süzanna Simonen, Deni Didronun rahibəsi") çəkilir. Anna Karina "Birgə yaşamaq" (1973), "Qızıl şəhər" (1983), "Günəşi almırıq" (1988) və "İşin sonuna qədər" (1998) adlı 4 romanın müəllifidir. Anna Karina fransız, ingilis, isveç və italyan dillərində sərbəst danışır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: