İqor Vdovin
Bəstəkar, aktyor
İqor Vladimiroviç Vdovin - rusiyalı bəstəkar, musiqiçi və müğənnidir. “Leninqrad” qrupunun ilk heyətinin yaradıcısı və vokalisti olub. “Hidrogen ataları” və “Simfonik kino” layihələrinin təsisçisidir. Messer Chups və digər tanınmış rusiyalı müğənni və qruplarla əməkdaşlıq edib. 13 noyabr 1974-cü ildə anadan olub. 15 il gitaradan dərs alıb, klassik gitara sinifində Musoqorski adına musiqi məktəbində oxuyub. Uzun müddət “Radio Rossiya”nın səsyazma studiyasında çalışıb. Sergey Şnurovla birlikdə “Van Qoqun qulağı” adlı layihəni yaradıb, sonradan onu “Leninqrad” qrupuna çevirib. Qrupun erkən konsertlərində və ilk albomunda (Pulya) vokalist olaraq çıxış edib. Hazırda solo layihələr üzərində çalışır, kinofilmlərə saundtreklər yazıb. “Su pərisi” filminə yazdığı musiqiyə görə, “Nika” mükafatı nominantı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B4%D0%BE%D0%B2%D0%B8%D0%BD,_%D0%98%D0%B3%D0%BE%D1%80%D1%8C_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87