Aleksey German (kiçik)

Aleksey German (kiçik)

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Aleksey Alekseyeviç German – rusiyalı kinorejissor və ssenaristdir. 4 sentyabr 1976-cı ildə Leninqrad şəhərində, rejissor Aleksey Yuryeviç Germanın ailəsində dünyaya göz açıb. Yazıçı Yuriy Germanın nəvəsidir. 2001-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (Sergey Solovyov və Valeriya Rubinçikin emalatxanası). Bir müddət “Lenfilm” kinostudiyasında çalışıb. İlk dəfə “Sonuncu qatar” filmi ilə tənqidçilərin gündəminə düşüb. 2015-ci ildə onun “Elektrik buludlar altında” adlı filmi Berlin kinofestivalının müsabiqə rubrikasında iştirak edib. Film kinoincəsənət sahəsindəki böyük nailiyyətlərə görə “Gümüş ayı” mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B5%D1%80%D0%BC%D0%B0%D0%BD,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B5%D0%B9_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç