Çulpan Xamatova
Aktrisa
Çulpan Nailevna Xamatova - rusiyalı teatr və kino aktrisası, ictimai xadimdir. “Sovremennik” Moskva Akademik Teatrının bədii rəhbərinin müavini və aparıcı aktrisasıdır. “Həyat ver” xeyriyyə fondunun təsisçilərindən biridir. 2012-ci ildə Rusiyanın xalq artisti adını alıb. 2004 və 2014-cü illərdə Rusiya Dövlət Mükafatının laureatı olub. Çulpan 1 oktyabr 1975-ci ildə Qazan şəhərində, mühəndis Nail Axmetoviç Xamatovun və Marina Qalimullovna Hamatovanın ailəsində dünyaya gəlib. Tatar dilindən tərcümədə Çulpan “dan ulduzu” anlamına gəlir. Miliyyətcə tatardır. Birinci əri (1995-2002) İvan Volkov olub. Volkov aktrisa Olqa Volkova və aktyor Nikola Volkovun oğludur. Onların bu nikahdan 2002-ci il təvəllüdlü Arina adlı qızı və 2003-cü il təvəllüdlü Asya adlı qızı var. Bir müddət balet artisti Aleksey Vladimiroviç Dubininlə yaşayıb. İkinci həyat yoldaşı 1976-cı il təvəllüdlü aktyor və rejissor Aleksandr Şeyndir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BC%D0%B0%D1%82%D0%BE%D0%B2%D0%B0,_%D0%A7%D1%83%D0%BB%D0%BF%D0%B0%D0%BD_%D0%9D%D0%B0%D0%B8%D0%BB%D0%B5%D0%B2%D0%BD%D0%B0