Yevgeniy Pronin

Yevgeniy Pronin

Aktyor

BİOQRAFİYA

Yevgeniy Pronin – rusiyalı teatr və kino aktyorudur. “Qarpastum” kinolenti və “SkyOnFire” teleproqramında iştirakı ilə məşhurlaşıb. Həmçinin detektiv və melodram telenovellalarda və mini-seriallarda canlandırdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Yevgeniy Sergeyeviç Pronin 8 noyabr 1980-ci ildə Klimovsk şəhərində anadan olub. Valideynlərinin incəsənət və teatr aləmi ilə heç bir əlaqəsi olmayıb. Atası elektrik, anası isə mühasib olub. Uşaqlığında Yevgeniy zirək və hazırcavab uşaq olub, incəsənətə maraq göstərib. Onun kumiri əfsanəvi sovet aktyoru Andrey Mironov göstərilir. Uşaqlıq illərində onun filmlərdə səsləndirdiyi mahnıları əzbərləyib, onun bioqrafiyası ilə yaxından tanış olub, onun iştirakı ilə çəkilmiş filmlərə və qoyulmuş tamaşalara baxıb. Universiteti bitirdikdən sonra o bir çox gənc aktyorlar kimi dərhal böyük kinoya asanlıqla düşəcəyini güman edib. Ancaq özündən yaşlı həmkarları ilə söhbətləşdikdən sonra, böyük ekranlarda populyarlıq və tələbatın öncədən proqnozlaşdırılması mümkün olmayan faktorlar olduğunu anlamağa başlayır. 2002-ci ildə “teatr və kino aktyoru” ixtisası üzrə bakalavr diplomunu əlinə alıb və çox yubanmada kinematoqrafiya aləminə daxil olacaq yeni-yeni filmlərin kastinqlərinə qatılıb. 2002-ci ildə gənc aktyor “Moskva pəncərələri” adlı serialın çəkilişlərinə qatılıb. Orada ikinci dərəcəli Yevgeniy obrazını yaradıb. Həmçinin Proninə “Ştrafbat” adlı serialda epizodik rol oynamaq nəsib olub. 2004-cü ildə isə karyerasının ən uğurlu filminə müharibə illərinin futbolundan bəhs edən “Qarpastum” tarixi dramında iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://24smi.org/celebrity/582-evgenii-pronin.html 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç