İvan Naumov
Yazıçı, ssenarist
Naumov İvan Sergeyeviç – rusiyalı fantast yazar, şair və ssenaristdir. 1992-ci ildə 2000-ci illərin ortalarına kimi esperanto dilində şerlər yazıb. Moskvanın esperanto-peoziyası məktəbinin nümayəndəsidir. 2000-ci illərin ortalarından fantastik hekayələr və povestlər yazır. Tənqidçilər onun qələmindən çıxmış əsərləri Rusiya fantastikasının “rəngli dalğasına” aid edir. “Balkan səddi” müharibə dramı onun yazdığı eyniadlı roman əsasında lentə alınıb. Filmin həm də ssenaristlərindən biri olub. Yazıçı 1971-ci ildə Moskvada anadan olub. 1993-cü ildə Rusiya Texnologiya Universitetini optik-mühəndis ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə beynəlxalq turizm sahəsində başlayıb, sonradan bir müddət təhlükəli məhsulların daşınması sahəsində çalışıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B0%D1%83%D0%BC%D0%BE%D0%B2,_%D0%98%D0%B2%D0%B0%D0%BD_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87