Milena Raduloviç

Milena Raduloviç

Aktrisa

BİOQRAFİYA

Milena Raduloviç 1995-ci ildə Belqradda anadan olub. İlk dəfə ekranlarda 20 yaşında olanda görüntülənib. 2017-ci ildə Hollivud istehsalı olan, Ben Kinqslinin baş rola çəkildiyi “Adi adam” kriminal dramında epizodik rol alıb. 2018-ci ildə Rusiyanın “Balkan səddi” adlı müharibə dramının çəkilişlərində qatılıb. Filmdə serb tibb bacısı Yasna rolunu oynayıb. Çəkiliş meydançasında onun tərəf-müqabilləri Anton Pampuşnıy, Qoşa Kutsenko, Miloş Bikoviç, Qoyko Mitiç və başqaları olub. 2017-ci ildə Serbiya Teatr İnstitutunda məzun olaraq Hollivudu “fəth etməyə” yollanıb. Gənc avropalı aktrisa orada ciddi uğur əldə etməsə də, bir neçə film və serialda epizodik rol alıb. ABŞ-da axtardığını tapa bilməyən aktrisa tezliklə vətəninə geri dönüb. Şəxsi həyatına gəlincə artıq neçə ildir ki, serb aktyor (1984-cü il təvəllüdlü) Radovan Vuyoviçlə vətəndaş nikahındadır. Cütlük birgə səyahət etməyi sevir, müxtəlif musiqi festivallarında iştirak edirlər. Aktrisa üç dildə serb, rus və ingilis dillərində sərbəst danışa bilir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://uznayvse.ru/znamenitosti/biografiya-milena-radulovich.html

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç