Anton Pampuşnı

Anton Pampuşnı

Aktyor

BİOQRAFİYA

Anton Pampuşnı – rusiyalı aktyordur. “Aleksandr: Nevski döyüşü” tarifi dramında oynadığı rollar rusiyalı tamaşaçıların sevimlisinə çevrilib. Bundan başqa, “Killer üçün tələ”, “Bizim zamanın pinqvini”, “Zavallı Liz”, “Balkan səddi” filmlərində oynadığı rollarla tanınır. Aktyor 5 may 1982-ci ildə Astana şəhərində (Qazaxıstan) anadan olub. Uşaqlıq illərində incəsənətə ümumiyyətlə maraq göstərməyib. Üstəlik valideynləri də onu iqtisadçı olmağa həvəsləndirib. Ona görə məktəbi bitirəndən sonra Anton sənədlərini Astana Ticarət-İqtisad Kollecinə təqdim edib və bir neçə ildən sonra diplomlu marketoloq olub. Ancaq ixtisası üzrə çox işləməyib. Rusiya paytaxtına yollanaraq, Bədii Teatr Akademiyasının nəzdində studiya məktəbinə qəbul olunur. Tələbə olduğu vaxt Moskvada səs-küy salmış “Yuxarı aləmin qavalı” tamaşasında səhnəyə çıxıb. Tamaşaya məşhur yazıçı Viktor Pelevinin hekayələrinin motivləri əsasında quruluş verilib. Məzun olduqdan sonra A.S.Puşkin adına Moskva Dram Teatrının truppasına dəvət olunub. Orada 2008-ci ilə kimi müxtəlif tamaşalarda, o cümlədən “Romeo və Cülyetta”, “Xəzinələr adası”, “Madam Bovari” və sair iştirak edib. Anton Pampuşnı aktrisa Monika Qrossmanla (Qazaxıstanda anadan olub) evlidir. Onar Moskvada oxuduqları vaxt tanış olublar. Heç bir təntənəli toy-nişan keçirməyiblər, gizlicə Danimarkaya yollanaraq, orada nikahlarını rəsmiləşdiriblər. Qohumları və dostları bu nikah haqqında xeyli sonra xəbər tutublar. Onlar evli olsalar da, biri Rusiyada, digər isə Almaniyada yaşayır və az-az görüşürlər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://24smi.org/celebrity/1870-anton-pampushnyj.html

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç