Karlen Ağacanov

Karlen Ağacanov

Prodüser

BİOQRAFİYA

Karlen Ağacanov 18 oktyabr 1929-cu ildə anadan olub. Rusiya Federasiyasının əməkdar incəsənət xadimidir. Sovet kinematoqrafiyasının inkişafına böyük töhfələr verib. “Mosfilm” də Sovet dövründə istehsal olunan əksər filmlərin direktoru olub. “Mosfilm”ə 50-ci illərin sonlarında qatılıb. Çəkiliş qrupunun administratorundan, kult sovet filmlərinin direktoruna qədər vəzifədə yüksəlib. “Karamazov qardaşları”, “Direktor”, “Kiçik hekayənin süjeti”, “İtalyanların Rusiyadakı inanılmaz sərgüzəştləri”, “İşdə məhəbbət” və digər populyar Sovet filmlərinin direktoru funksiyalarını yerinə yetirib. Uzun karyerası ərzində İvan Pıryev, Sergey Yutkeviç, Aleksey Saltıkov, Akira Kurasava, Eldar Ryazanov kimi məşhur rejissorlarla əməkdaşlıq edib. Sonuncu işi Ryazanovun “Qabaqgörmə” filminin təşkilatçılığı olub. O 1970-ci illərdə “Mosfilm”də musiqili-komediya filmlərinin yaradılmasının təşəbbüskarlarından olub. SSRİ Kinematoqraflar İttifaqının üzvü olub. 4 noyabr 1993-cü ildə Moskvada vəfat edib.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/sov/274679/bio/

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç