Svetlana Nemolyayeva

Svetlana Nemolyayeva

Aktrisa

BİOQRAFİYA

Svetlana Vladimirovna Nemolyayeva - sovet və rusiyalı teatr və kino aktrisasıdır. 8 aprel 1937-ci ildə Moskvada (Rusiya) doğulub. Atası kinorejissor və ssenarist, anası səs rejissoru idi. 1959-cu ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının aparıcı aktrisalarından biri olub. Erkən yaşlarından kinoya çəkilir. Sovet məkanında ilk dəfə 1958-ci ildə “Yevgeni Onegin” adlı bədii filmdə canlandırdığı Olqa Larina obrazı ilə məşhurlaşıb. Beynəlxalq şöhrəti isə ona rejissor Eldar Ryazanovun “İşdə məhəbbət macərası” (1977), “Qaraj” (1979), “Həsrəti çəkilən göylər” (1991) filmlərində oynadığı rollar gətirib. Səhnədə 50-dən çox tamaşada rol alıb; “Hamlet”də Ofeliya, “İrkutsk hekayəsi”ndə Maşa, “İstedadlar və pərəstişkarlar”da Negina, “Yaşasın Kraliça, vivat!”da Yelizaveta Tüdor, “Yanmış damda oturan pişik”də Mey, “Müfəttiş”də Anna Andreyevna, “İzdivac”da Fökla İvanovna, “Kante”də Anna Reginanı oynayıb. Həyat yoldaşı Aleksandr Sergeyeviç Lazarev Vladimir Mayakovski adına Moskva Dövlət Akademik Teatrının aktyoru olub. Svetlana və Aleksandr 1960-cı ilin mart ayında evlənib və birlikdə 51 il yaşayıblar (ərinin ölümünə qədər). Oğlu Aleksandr Aleksandroviç Lazarev (1967) Lenkom adına Moskva Dövlət Teatrının aktyorudur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B5%D0%BC%D0%BE%D0%BB%D1%8F%D0%B5%D0%B2%D0%B0,_%D0%A1%D0%B2%D0%B5%D1%82%D0%BB%D0%B0%D0%BD%D0%B0_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%BD%D0%B0 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç