Alisa Freyndlix

Alisa Freyndlix

Aktrisa

BİOQRAFİYA
Alisa Brunovna Freyndlix 8 dekabr 1934-cü ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. Sovet və  Rusiya teatr və kino aktrisası, müğənni. SSRİ xalq artisti (1981). K.S. Stanislavski adına RSFSR Dövlət mükafatı laureatı (1976), Rusiya Federasiyasının üçqat Dövlət mükafatı laureatı (1996, 2001, 2008), Rusiya Hökumət mükafatı lauretı (2010), Sankt-Peterburq şəhərinin fəxri vətəndaşı (2001). Onun atası Bruno Freyndlix aktyor olub. Buna görə də Alisanın teatrla maraqlanması o qədər də təəccüblü deyildi. Məktəbdə oxuduğu dövrlərdə Alisa Freyndlix dram dərnəyinə gedib. 1953-cü ildə 239 nömrəli Leninqrad məktəbini bitirdikdən sonra Alisa Freyndlix Leninqrad teatr institutuna daxil olur. 1957-ci ildə institut təhsilini başa vuran gənc Alisanı Vera Komissarjevskaya adına Leninqrad  teatr truppasına qəbul edirlər. Az sonra Freyndlix kinoda öz debütünü edir. Bu debüt 1958-ci ildə Vladimir Vengerovun çəkdiyi "Şəhər işıqlarını yandırır" filmində gerçəkləşmişdi. Ümumiyyətlə Alisa Freyndlixin kinoda ifa etdiyi ilk rollar o qədər də nəzərə çarpan böyük rollar deyildi. Alisa Freyndlix 1961-ci ildə Lensovet teatrının truppasına gəlir. Burada o, əsas və teatrın aparıcı aktrisalarından birinə çevrilir. O, artıq Uilyam Şekspirin, Aleksey Aruzovun, Leonid Zorinin, Bertolt Brextin, Bernard Şounun pyeslərində rollar almağa başlayıb. Alisa Freyndlix tezliklə bu teatrın bədii rəhbəri İqor Vladimirovla ailə qurur. Bu nikahdan onların Varvara adlı qızları dünyaya gəlib. A. Freyndlix 1983-cü ildən M. Qorki adına Böyük Dram teatrında (hazırda Georgi Tovstonoqovun adını daşıyır) fəaliyyət göstərib. Alisa Brunovna Freyndlix 1965-ci ildə RSFSR-in əməkdar, 1971-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2015-ci ilin dekabrında Oleq Basilaşvili ilə birgə Tovstonoqov adına Rusiya Böyük Teatrının qastrol səfəri çərçivəsində  Bakıya gəlmiş və Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində "Dayının yuxusu" adlı tamaşa ilə çıxış edib. Alisanın nənəsi milliyyətcə alman olub. Onun ailəsi hələ Yekaterina zamanından Rusiyada məskunlaşıb. Orada Peterburq yaxınlığında şüşə-mərmər zavodu açmış və alman mütəxəssislər dəvət ediblər. Alisa Freyndlixin ulu babası Şimali Almaniyadan gəlib. Babasının əmisi oğulları imperator sarayında çalışıblar. Milliyyətcə alman olsa da, anasının təkidilə sənədlərində rus kimi qeyd olunub. Beləliklə, onların nəsli gələcəkdə alman kimi sürgün olunmaq təhlükəsindən qurtulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Alisa_Freyndlix
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç