Lil Kim

Lil Kim

Aktrisa, bəstəkar, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Kimberli Deniz Cons 11 iyul 1976-cı ildə Bruklində anadan olub. "Brooklyn High School"da Nas və Foxy Brown repçilərlə təhsil alıb. Məktəbi fəqlənmə ilə bitirib. Ancaq təhsilini davam etməyərək 14 yaşından musiqi karyerasına başladı. Valideynləri boşandıqdan sonra, Kim atasının himayəsində qalıb. Atası ağır xasiyyətinə dözə bilməyən Kim növbəti ailədaxili münaqişəsindən sonra evdən qaçır. Ancaq hər şey The Notorious B.I.G təxəllüslü Kristofer Uellslə tanış olduqdan sonra dəyişdi. Məhz The Notorious B.I.G ona rep karyerasına başlamağa və Junior M.A.F.I.A rep komandasının üzvü olmağa kömək edib. 1996-cı ildə Kim Hard Core adlı solo albomunu dinləyicilərə təqdim edib. Layihədə "The Notorious B.I.G.", "Puff Daddy" (Diddy), "Jermaine Dupri", "Jay-Z və Lil’ Cease" kimi reperlər iştirak edib. Albom Billboard 200 çartında 3 yerdə qərarlaşıb və kommersiya baxımından uğurlu olub. 1998-ci ildə Kim Versace brendinin siması seçilib. Bu brendi reklam edən yeganə qadın repçi olub. 1999-cu ildə o şəxsi “Queen Bee Intertainment” (2010-cu ildə I.R.S. Records” adına dəyişdirilən) leyblını yaradır.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Lil%E2%80%99_Kim

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç