Qennadiy Şpalikov
Ssenarist, aktyor
Qennadiy Fyodoroviç Şpalikov – sovet kinossenaristi, kinorejissoru və şairdir. 6 sentyabr 1937-ci ildə Moskvada anadan olub. Atası mühəndis Fyodor Şpalikov olub; 1944-cü ildə Polşanın faşistlərdən azad edilməsi uğrunda gedən döyüşdə həlak olub (başqa mənbələrə görə 1945-ci ildə Almaniyada itkin düşüb). Qennadini anası Lüdmila Nikiforovna böyüdüb. 1955-ci ilin iyul ayında Kiyev Suvorov hərbi məktəbini bitirib. Hərbi məktəbdə oxuduğu illərdə şerlər və hekayələr yazmağa başlayıb. Sonradan Moskva Ali Hərbi Kommandanlıq Məktəbinə qəbul olunub. Bir ildən sonra təlimlər zamanı, ayağından ağır xəsarət aldığından, sülh dövründə xidmətə yararsız elan edilib. Boris Zaxarovun sözlərinə görə, ayağı onun ucbatından zədələnib: “Sonuncu imtahanlardan biridir, fizikaya daxil olmağa həvəs yoxdur. Borya vur ayağımdan”. Bora səhv yerə düşüb. Nəticədə Gena tibb məntəqəsinə göndərilir. Fizika imtahanında iştirak etmir. Sonra Şpalikov Borisin yerinə imtaha girərək “əla” qiymət alıb. Nəticədə sonuncu Mendeleyev institutuna daxil olub. Qennadiy 1956-1961-ci illərdə VQİK-in ssenaristlik fakültəsində oxuyub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%BF%D0%B0%D0%BB%D0%B8%D0%BA%D0%BE%D0%B2,_%D0%93%D0%B5%D0%BD%D0%BD%D0%B0%D0%B4%D0%B8%D0%B9_%D0%A4%D1%91%D0%B4%D0%BE%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87