Aleksey Loktev

Aleksey Loktev

Aktyor

BİOQRAFİYA

Aleksey Vasilyeviç Loktev - Sovet və rusiyalı kino və teatr aktyoru, teatr rejissorudur. Rusiya SFSR Xalq Artistidir (1972). 1972-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub. 30 dekabr 1939-cu ildə Orsk şəhərində anadan olub. 1943-cü ildə atası Moskvaya ezam olunub, nəticədə ailə paytaxta köçüb. Aleksey məktəbə orda gedib. Orta məktəbi bitirdikdən sonra bir müddət xarrat işləyib. Daha sonra imtahanları uğurlu verərək, Rusiya Teatr İncəsənət İnstitutuna (QİTİS) daxil olub. 1962-ci ildə həmin təhsil ocağını bitirib və Boris Ravenskinin dəvəti ilə A.S.Puşkin adına MADT aktyoru olub. Paralel olaraq kinoya çəkilib. 1963-cü ildə Georgiy Daneliyanın “Mən Moskvanı gəzirəm” romantik komediyasına mərkəzi rollardan birinə çəkilib. Sonradan nadir hallarda lentə çəkilib, çəkildiyi tək-tük kinofilmlərdə isə daha çox epizodik rollar oynayıb. Svetlana Mixaylovna Loşinina-Lokteva ilə evli olub. 1980-2006-cı illərdə Yelena Alekseyevna Usenko ilə vətəndaş nikahında olub. 2006-cı ilin sentyabr ayında “Amur payızı” adlı kinofestivalda iştirak etmək məqsədilə Uzaq Şərqə səfər edib. Sentyabrın 17-də kinofestivalda iştirak etmiş artist qrupu tamaşaçılarla keçirilən görüşdən sonra Blaqoveşenskə yola düşüb. Festivalın münsiflər heyətinin sədri Sergey Novojilov Yol Polisi Müfəttişliyi ekipajının müşayiəti altında mütəşəkkil dəstədən ayrı getmək qərarına gəlib. Onun “Toyota Kraun” avtomobilində sürücü və Loktev də olub. Yol ayırıcında 22 yaşlı sürücü baş yolla hərəkət edən mikroavtobusa yol verməyib və nəticədə ağır qəza baş verib. Toqquşma nəticəsində Loktev ağır açıq kəllə-beyin travması alıb və xəstəxanaya aparılan zaman yolda keçinib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE%D0%BA%D1%82%D0%B5%D0%B2,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B5%D0%B9_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç