Qalina Polskix

Qalina Polskix

Aktrisa

BİOQRAFİYA

Qalina Aleksandrovna Polskix – sovet və rusiyalı aktrisadır. Qalina Polskix 27 noyabr 1939-cu ildə Moskvada (Rusiya) anadan olub. Atası Böyük Vətən müharibəsi zamanı 1941-ci ildə Voronej yaxınlığında gedən döyüşlərdə həlak olub. Anası Zoya Gerasimovna Polskix 1947-ci ildə vərəmdən vəfat edir. Səkkiz yaşında anasını itirsə də, uşaq evinə yerləşdirilməyib, belə ki, qonşuları Belarusda onun doğma nənəsini tapır və nənə nəvəsinə görə kənddən Moskvaya köçür. 1964-cü ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (VQİK) aktyorluq fakültəsini bitirib və məzun olduqdan sonra Moskvada Kinoaktyorlar Studiyası teatrının truppasına qoşulub. Kinodebütünü rejissor Yuli Karasikin “Vəhşi it Dinqo” (1962) adlı filmində yeddinci sinif şagirdi Tanya Sabaneyeva rolu ilə gerçəkləşdirib. Elə oynadığı ilk rolu ilə çoxminlik tamaşaçıların sevimlisinə çevrilib, kino tənqidçilərini öz səmimiliyi və cazibədarlığı ilə valeh edib. Ekran əsəri 1962-ci ildə Venesiya Beynəlxalq Kinofestivalında böyük əks-səda doğurub və “Müqəddəs Markın Şiri” və “Qızıl budaq” mükafatlarına layiq görülüb. Azərbaycan əsilli birinci həyat yoldaşı Faiq Həsənovla institutun (VQİK) aktyorluq fakültəsində, birinci kursda oxuyanda tanış olub. Həmin vaxt Faiq Həsənov rejissorluq fakültəsinin üçüncü kursunda oxuyurdu. Lakin 1965-ci ildə Odessada çəkiliş zamanı Faiq Həsənovu kinostudiya yaxınlığında tramvay vurur. İkinci həyat yoldaşı, “Mosfilm” studiyasının direktorunun oğlu – rejissor Aleksandr Surin olub. O, bu evliliyin təsadüfi olduğunu deyir. Çünki “kurort romanı” kimi qələmə verdiyi bu evliliyi Mariya adlı qızının doğulması ilə nəticələnmişdi. Cütlük 1967-ci ildə evlənib. Lakin birlikdə heç bir il yaşamırlar. Boşandıqdan sonra ərinin nüfuzunu nəzərə alıb, əksər kinorejissorlar onu kastinqlərə çağırmaqdan çəkinib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Galina_Polskikh

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç