Mixail Ulyanov

Mixail Ulyanov

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Mixail Ulyanov (1927-2007) — Görkəmli rus teatr və kino aktyoru, SSRİ xalq artistləri, SSRİ Dövlət mükafatları laureatıdır. M.Ulyanov 1927-ci ildə noyabrın 20-də anadan olub. O, "Özəl həyat", "Qaçış", "Sədr", "Karamazov qardaşları", "Böyük sərkərdə Georgi Jukov", "Antikiller", "Voroşilov atıcısı" və s. filmlərdə oynayıb. M.Ulyanovun yaratdığı ən yadda qalan obraz isə 3 dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal Georgi Konstantinoviç Jukovun obrazıdır. D.Ulyanovun 4 kitabı da çapdan çıxıb: "Mənim peşəm", "Aktyor işləyirəm", "Öz-özümə qayıdıram" və "Ovsunlu içki". M.Ulyanov 2007-ci il martın 22-də xəstəxanaya aparılıb. Aktyor Parkinson xəstəliyindən əziyyət çəkirmiş. M.Ulyanovu əməliyyat etmək istəsələr də, aktyor əməliyyatdan imtina edib. Həkimlər aktyora dərman müalicəsi yazıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb. 2007-ci il martın 26-da dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mixail_Ulyanov

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç