Devid Şvimmer

Devid Şvimmer

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Devid Lourens Şvimmer – amerikalı aktyor, rejissor, ictimai fəal və prodüserdir. Daha çox “Dostlar” (Friends) teleserialında Ross Geller rolu ilə məşhurdur. Bundan başqa, “Madaqaskar” cizgi filmi trilogiyasında zürafə Melmanı səsləndirməsi ilə tanınır. 2 noyabr 1966-cı ildə ABŞ-ın Nyu-York şəhərində yəhudi ailəsində anadan olub. Atası vəkil Artur Şvimmer olub. İki yaşına qədər Lonq-Aylenddə yaşayıb. Sonradan ailəsi Kaliforniyanın Los-Anceles şəhərinə köçüb. 10 yaşı olanda "Zoluşka"nın yəhudi versiyasında sehrli pəri rolunu oynayıb. 1979-cu ildə “Şekspir” seminarlarında iştirak edib. Beverli Hillz orta məktəbində oxuduğu illərdə bir sıra məktəb tamaşalarında, o cümlədən “Anna Frankın gündəliyi” tamaşasında iştirak edib. Şimal-Qərb Universitetinin teatr fakültəsini bitirdikdən sonra kurs yoldaşları ilə birlikdə “Lukinqlass” teatrını yaradıb. Şvimmer bir neçə tamaşaya quruluş verib, tez-tez televiziya layihələrində iştirak edib. 2010-cu ilin iyun ayında fotoqraf Zoui Bakmanla ailə qurub. 8 may 2011-ci ildə cütlüyün Kleo Bakman Şvimmer adlı qızı dünyaya gəlib. 2017-ci ilin aprel ayında cütlük yollarını ayırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/David_Schwimmer

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç