Nikita Vısotskiy

Nikita Vısotskiy

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Nikita Vladimiroviç Vısotskiy – Sovet və rusiyalı teatr və kino aktyoru, kinorejissor, kinossenarist və kinoprodüserdir. “Taqankada Vısotskinin evi” adlı mədəni muzey-mərkəzinin direktorudur. Nikita Vısotskiy 8 avqust 1964-cü ildə Moskva şəhərində anadan olub. Məşhur aktyor və ifaçı Vladimir Vısotskin və Lüdmila Abramovanın övladıdır. Arkadiy Vısotskinin kiçik qardaşıdır. Valideynləri onun dörd yaşı olanda yollarını ayırıb, boşanma rəsmən 1970-ci ildə qüvvəyə minib. Məktəbi bitirdikdən sonra bir ilə yaxın zavodda işləyib. 1986-cı ildə “MXAT” studiya məktəbini, Andrey Myakkovun kursunu bitirib. Evlidir üç oğlu - Danil, Semyon və Viktor və Nina adlı (2013) qızı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D1%8B%D1%81%D0%BE%D1%86%D0%BA%D0%B8%D0%B9,_%D0%9D%D0%B8%D0%BA%D0%B8%D1%82%D0%B0_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç