İvan Urqant

İvan Urqant

Aktyor

BİOQRAFİYA

İvan Urqant 16 aprel 1978-ci idə Leninqradda ((Sankt-Peterburq) Rusiya SFSR, SSRİ) anadan olub. Rusiya aktyoru, şoumeni, teleradio aparıcısı, müğənnisi, musiqiçisi və prodüseridir. Hazırda "Pervıy Kanal"da yayımlanan "Veçerniy Urqant" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biridir. Əvvəllər "Superradio", "Rus radiosu", "Hit-FM" radiostansiyalarında və "Rossiya" və "MTV" telekanallarında işləyib. Dəfələrlə "TEFİ" mükafatının laureatı olub. 2008-ci və 2011-ci illərdəki sorğuların nəticələrinə görə, Rusiyanın ən populyar televiziya aparıcısı seçilib. İvan Urqant 1996-cı ildən günümüzədək müxtəlif filmlərdə aktyor kimi çəkilib. Onun filmoqrafiyasında "Yolkalar" və "Vısotski" kimi filmlər var. Ümumilikdə aktyorun filmoqrafiyasında 25-dən çox film var. Urqant bədii filmlərlə yanaşı, sənədli filmlərdə də çəkilib. O, Vladimir Poznerlə birlikdə müxtəlif ölkələrdən bəhs edən çoxseriyalı yeddi sənədli filmdə aparıcı kimi çıxış edib. Urqant Alsu ilə birlikdə Moskvada keçirilmiş "2009 Avroviziya Mahnı Müsabiqəsi"nin final mərhələsinin aparıcısı olub. İvan Urqant ilk dəfə 18 yaşında olarkən valideynlərinin etirazlarına baxmayaraq, özündən dörd yaş böyük olan, Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun tələbəsi Karine Avdeyeva ilə evlənib. İvan onunla diskotekada tanış olub. Bu nikah cəmi yarım il davam edib. İvan Urqant uzun müddət teleaparıcı Tatyana Gevorkyanla birlikdə yaşayıb. Onlar MTV-nin ofisində tanış olublar. Beş il vətəndaş nikahında yaşadıqdan sonra ayrılıblar. İvan Urqantın ikinci və hazırkı rəsmi həyat yoldaşı idman şərhçisi və "Sport" telekanalının Baş direktoru Vasili Kiknadzenin bacısı qızı Nataliya Kiknadzedir. İvan və Nataliya çoxdan tanış imişlər, onlar Dövlət Rus Muzeyinin nəzdindəki Rusiya gimnaziyasında bir sinifdə oxuyublar. Cütlüyün iki uşağı var — Nina (d. 2008) və Valeriya (d. 2015). Nina İvanın nənəsinin şərəfinə adlandırılıb, Valeriya isə aktyorun anasının adını daşıyır. Nataliyanın birinci nikahından Niko (d. 1997) adlı oğlu və Erika (d. 2000) adlı qızı da var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/%C4%B0van_Urqant

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç